“Sabah” çox ciddi komandadır - “Makkabi”nin baş məşqçisi

01:00 - 02 Avqust 2024

“Sabah” çox ciddi komandadır - “Makkabi”nin baş məşqçisi

Qələbə münasibətilə rəqibi təbrik edirəm. Düşünürdüm ki, geri dönüş edə biləcəyik, lakin alınmadı.

 

Manset.az xəbər verir ki, bu sözləri İsrailin "Makkabi" ( Hayfa) komandasının baş məşqçisi Barak Baxar UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Sabah"a penaltilər seriyasında (2:3) məğlub olaraq mübarizəni dayandırdıqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

O, nəticəyə görə məyus olduğunu bildirib: "Bakıya çox ümidli gəlmişdik. Futbolçularım sonadək mübarizə apardılar. Mənəvi cəhətdən alınmadı. "Sabah" çox ciddi komandadır".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az