İtaliya Superkubokunu qazandılar

15:00 - 07 Yanvar 2025

İtaliya Superkubokunu qazandılar

"Milan" İtaliya Superkubokunun finalında "İnter"i məğlub edib.

 

Manset.az -ın məlumatına görə, bu barədə xarici media xəbər verir.

Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən qarşılaşma 3:2 hesabı ilə başa çatıb. Qaliblər arasında Teo Hernandes, Kristian Pulişiç və qələbə qolunu vuran Temmi Abraham fərqlənib.

"İnter"in qollarını Lautaro Martinez və Mehdi Taremi vurub.

“Milan” bu göstəricidə “İnter”lə bərabərləşərək, İtaliya Superkubokunun səkkizqat qalibi olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az