Fransa millisinin baş məşqçisi Didye Deşam müqaviləsini yeniləməyəcək və 2026-cı il dünya çempionatından sonra postunu tərk edəcək.
Manset.az bildirir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb və Deşam özü də məlumatı təsdiqləyib.
Deşam 2012-ci ildə Fransa millisinə rəhbərlik edib və 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında onları qızıl medala gətirib çıxarıb. İyirmi il əvvəl o, futbolçu kimi komandanın tərkibində dünya çempionu olub.