Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Manset.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldunun kapitanı olduğu "Ən-Nəsr" Yaponiyanın "Kavasaki Frontale" klubu ilə qarşılaşıb.
Ciddədə keçirilən görüş yaponların üstünlüyü ilə başa çatıb. Ərəblər buraxılan üç qoldan yalnız ikisinin əvəzini çıxmağı bacarıblar - 2:3.
Beləliklə də, "Kavasaki" adını finala yazdıraraq Səudiyyə Ərəbistanının digər bir təmsilçisi "Əl-Əhli"yə rəqib olub. Sonuncular final yolunda "Əl-Hilal"a 3:1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, Asiya Çempionlar Liqasının həlledici matç mayın 3-də oynanılacaq.