"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Rodrinin durumundan danışıb.
Manset.az xəbər verir ki, mütəxəssis ispaniyalı yarımmüdafiəçinin zədədən qayıtması ilə bağlı deyib:
Rodrinin yenidən məşqlərə başlamasına çox sevinirik. Fizioterapevt və həkimlər desə ki, vəziyyəti stabildir və oynaya bilər, o zaman meydanda olacaq. Amma əvvəlcə həkimlər buna icazə verməlidir. Zədəsi ağır idi. Ona görə də diqqətli olmalıyıq ki, zədəsi təkrarlanmasın. İndi o, hər məşqdən sonra özünü daha yaxşı hiss edir".
Xatırladaq ki, Rodri hazırkı mövsümün əvvəlində çarpaz bağının qopması zədəsini almışdı.