Fatih Terimə 16 dəqiqəyə şok yaşatdılar

14:07 - 02 May 2025

Fatih Terimə 16 dəqiqəyə şok yaşatdılar

Türk mütəxəssis Fatih Terimin baş məşqçilik etdiyi "Əl-Şəbab" Səudiyyə Ərəbistanı çempionatında 30-cu tur oyununa çıxıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, komanda səfərdə "Əl-Fateh"lə qarşılaşıb. 

"Əl-Fateh" görüşün ilk 16 dəqiqəsi ərzində "Əl-Şəbab"a 3 qol vurub. "Əl-Şəbab" bu qollardan cəmi 1-nin əvəzini çıxa bilib. Beləliklə, Terimin komandasının 9 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.

Hazırda turnir cədvəlində "Əl-Şəbab" 51 xalla 6-cı, "Əl-Fateh" isə 33 xalla 11-cidir. 

"Əl-Fateh" - "Əl-Şəbab" - 3:1

Qollar: Varqas, 2, Bendebka, 4, Batna, 16 - Quanka, 13

Qırmızı vərəqə: Podens, 90+2 ("Əl-Şəbab")


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv