"Mançester Yunayted" 18 yaşlı hücumçu alır

16:17 - 02 May 2025

\"Mançester Yunayted\" 18 yaşlı hücumçu alır

“Mançester Yunayted" yay transfer pəncərəsində heyətini gücləndirmək üçün işləri davam etdirir.


Manset.az xəbər verir ki, "qırmızı şeytanlar" artıq yeni hücumçu transferi ilə bağlı müsbət nəticə qazanıblar. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Mançester Yunayted" "Havr"ın hücumçusu Enzo Kana-Biyik ilə razılaşıb. 18 yaşlı hücumçu yay transfer pəncərəsində  İngiltərə təmsilçisinə qoşulacaq. Fransalı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Kamerunlu məşhur müdafiəçi Andre Kana-Biyikinin oğlu olan Enzo Fransa gənclər çempionatında 14 oyun keçirib və 8 qol vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv