Arda Güler “Real Madrid”də 50-ci rəsmi oyununa çıxdığı üçün sabiq klubu “Fənərbaxça” bonus əldə edib.
Manset.az Ajansspor-a istinadən xəbər verir ki, türkiyəli futbolçunun İspaniya nəhəngində 50-ci matça çıxması ilə müqavilədəki bəndə əsasən “Fənərbaxça” 4 milyon avro qazanıb.
Həmçinin “sarı-lacivərdlilər”in müqavilə əsasında “kral klubu” ilə yoldaşlıq oyunu keçirmək hüququna sahib olduğu da məlum olub.
Qeyd edək ki, Arda Güler Madrid klubunda çıxdığı 50 oyunda 10 qol və 8 assistə imza atıb.
Xatırladaq ki, gənc ulduz 2023-cü ilin yayında “Fənər”dən “Real”a keçib. Onun 50-ci matçı “Barselona” ilə keçirilən İspaniya Kral Kubokunun final oyunu olub.