“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, “şəhərlilər”lə müqaviləsi başa çatdıqdan sonra karyerasında fasilə verəcək.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis deyib:
“Mən istəyirəm ki, insanlar məni necə yadda saxlamaq istəyirlərsə, elə də xatırlasınlar. ‘Siti’ ilə müqavilə bitdikdən sonra fasilə götürmək niyyətindəyəm. Buna əminəm. Təqaüdə çıxacağam, ya yox – bilmirəm, amma mütləq ara vermək istəyirəm. İnsanların yaddaşında necə qalmaq istədiyimi isə bilmirəm.
Bütün məşqçilər qalib gəlmək və arxada nəsə yadda qalan bir şey buraxmaq istəyir. Düşünürəm ki, “Barselona”, “Bavariya” və ‘Siti’ azarkeşləri komandalarımın oyununu izləməkdən zövq alıblar”.
Qeyd edək ki, Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.