"Şamaxı" "Səbail"lə bərabərə qaldı

19:12 - 03 May 2025

\"Şamaxı\" \"Səbail\"lə bərabərə qaldı

Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda "Şamaxı" "Səbail"lə bərabərə qalıb.


Manset.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda baş tutan görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Alfons Msanqa qonaq komandanın qapısına yol tapıb. 67-ci dəqiqədə isə "status-kvo" bərpa olunub - Rüfət Abdullazadə penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra 36 xala malik "Şamaxı" altıncı sırada yer alıb "Səbail" 22 xalla sonuncu - onuncudur.

Qeyd edək ki, turun açılış matçında "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv