"Real" Rodriqonunun qiymətini müəyyənləşdirdi

15:29 - 04 May 2025

\"Real\" Rodriqonunun qiymətini müəyyənləşdirdi

İspaniyanın "Real" klubu yayda satmaq istədiyi Rodriqonunun qiymətini müəyyənləşdirib.


Manset.az Report-a istinadən xəbər verir ki, Madrid klubu futbolçunun satışından 100 milyon avro qazanmaq istəyir.

Hücumçunu İngiltərənin "Arsenal" və "Mançester Siti" klubları transfer etməkdə maraqlıdır.

Qeyd edək ki, 24 yaşlı braziliyalı ön xətt oyunçusu İspaniya təmsilçisinin heyətində 50 oyun keçirib, 13 qola və 10 məhsuldar ötürməyə imza atıb. Onun müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv