“Fənərbağça” klubunun prezidenti Ali Koç və komandanın baş məşqçisi Joze Mourinyo bir araya gəliblər.
Manset.az-ın əldə etdiyi məlumatına görə, onlar yollarını ayırmaq barədə danışıblar. Klub rəhbəri Ali Koç Mourinyoya bildirib ki, nəticələrin qənaətbəxş olmaması səbəbindən ayrılmaq istəyirlər, lakin məşqçinin müqavilədə nəzərdə tutulan 15 milyon avro təzminatı tələb etməməsini istəyib:
"Ayrılaq, amma bizdən 15 milyon avro təzminatı tələb etməyin. Çünki məğlubiyyətlər oldu".
Joze Mourinyo isə bu təklifə sərt cavab verib:
"Bu günə qədər heç bir klubda belə bir addım atmamışam. Bundan sonra da etməyəcəyəm. 1 avromu belə heç kəsə keçən deyiləm. Ayrılırıqsa, təzminatımı verəcəksiniz".
Görüşün yekun nəticəsi barədə hələlik rəsmi açıqlama verilməyib.