"Real" və "Mançester Siti"nin təkliflərini rədd etdi  

22:09 - 06 May 2025

\"Real\" və \"Mançester Siti\"nin təkliflərini rədd etdi  

Leverkuzen "Bayer"inin futbolçusu Florian Virts iki TOP klubun təklifini rədd edib. 


Manset.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 

22 yaşlı yarımmüdafiəçinin "Real" və "Mançester Siti"dən olan təklifləri qəbul etməyib. Buna səbəb onun "Bavariya"da çıxış etmək istəməsidir. 

Bildirilir ki, Virtz artıq qərarını verib və Leverkuzen klubunun rəhbərliyinə və məşqçilərinə gələcəklə bağlı planlarını çatdırıb. Bu, "Bavariya"nın oyunçu ilə şəxsi şərtlərdə razılaşmağa yaxın olduğuna dair xəbərlərlə üst-üstə düşür.

Qeyd edək ki, Florian Virtsin "Bayer"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, bu mövsüm komandasının heyətində 43 oyuna çıxaraq 16 qol vurub və 13 qolun ötürməsini edib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv