“Real” baş məşqçi Karlo Ançelottinin istefası ilə bağlı bəyanatı “Barselona” ilə oyundan sonra verəcək.
Manset.az xəbər verir ki, bu barədə Madrid klubuna yaxınlığı ilə tanınan “Marca” nəşri məlumat yayıb.
La Liqanın 35-ci turunun bu oyunu 11 mayda baş tutacaq.
Mövsüm başa çatmamış istefa qərarı Ançelottinin Braziliya Futbol Konfederasiyası ilə müqavilə imzalaması ilə əlaqədardır. Təşkilat 18 mayadək Ançelotti ilə müqavilə bağlamaq istəyir. Həmin gün Braziliya millisinin 2026-cı il dünya çempionatının iyun ayında Paraqvay və Ekvadora qarşı keçiriləcək seçmə oyunları üçün heyəti açıqlanacaq.