"Kəpəz" futbol klubunun İdarə Heyətinə yeni sədr seçilib.
Manset.az xəbər verir ki, "Kəpəz" PFK-nın İdarə Heyətinin iclasında Namiq Qədirov İH-nin yeni sədri seçilib. İdarə Heyətinə üzv seçilən Fərman Əlizadə sədrin idarəçilik məsələləri, Erkin İbrahimov isə idman məsələləri üzrə müşaviri təyin olunub.
İdarə Heyətinin sədri və üzvləri Məşq Mərkəzi və "Kəpəz" Futbol Akademiyası ilə tanış olublar. Əsas komandanın məşqçilər korpusu və futbolçularla görüşüblər. Onlar, həmçinin məşq prosesini izləyiblər.