Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu ilə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu arasında yeni müqavilə ilə bağlı danışıqlar dayandırılıb.
Manset.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.
Məlumata görə, bu qərara səbəb 39 yaşlı hücumçunun son matçdakı davranışı olub. Belə ki, ölkə çempionatının 30-cu turunda "Əl-İttihad"la keçirilən və 2:3 hesabı ilə başa çatan görüşdən sonra Ronaldunun verdiyi jestlər və nəticəyə etirazı klub rəhbərliyinin narazılığına səbəb olub.
Qeyd edək ki, Ronaldunun “Əl-Nəsr”lə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.