“Sumqayıt” baş məşqçi Vaqif Cavadovla yolları ayırıb.
Manset.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzu edib.
Qeyd edilib ki, V. avadov bundan sonra klubun komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komanda 7 qələbə qazanıb, 6 heç-heçə edib və 15 dəfə məğlub olub.
Hazırda komanda Premyer Liqada 34 oyundan 30 xalla 10 komanda arasında 9-cu yeri tutur.