"Qalatasaray" Morata ilə yola davam edəcək? - Bəlli oldu

16:25 - 12 May 2025

\"Qalatasaray\" Morata ilə yola davam edəcək? - Bəlli oldu

"Qalatasaray" gələcək mövsüm üçün heyət planlamasına başlayıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi ispan hücumçu Alvaro Moratanın komandada qalmasına qərar verib.

Mövsümün ikinci yarısında "Qalatasaray"a qoşulan Morata qısa müddətdə baş məşqçi Okan Burukun etimadını qazanıb.

İspan futbolçu indiyədək 13 oyunda meydana çıxaraq 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Moratanın komandada qalması həm klub, həm də azarkeşlər üçün mühüm xəbər hesab olunur.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv