PSJ - "İnter" oyununun hakimləri açıqlandı

19:02 - 12 May 2025

PSJ - \"İnter\" oyununun hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının finalında qarşılaşacaq Fransanın PSJ və İtaliyanın "İnter" klublarının oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.


Manset.az xəbər verir ki, qarşılaşmada İştvan Kovaçın rəhbərlik etdiyi rumıniyalı hakimlər briqadası ədaləti qoruyacaq.

Ona bu işdə Mixay Marika və Ferens Tunyoqi kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Juan Pineyru (Portuqaliya) yerinə yetirəcək. Dennis Hiqler (Hollandiya) və köməkçisi Katalin Popa (Rumıniya) isə VAR hakimi olacaqlar.

Qeyd edək ki, həlledici matç mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv