Ayağının kəsiləcəyi iddia edilirdi - Rəsmi açıqlama verildi

11:19 - 13 May 2025

Ayağının kəsiləcəyi iddia edilirdi - Rəsmi açıqlama verildi

Türkiyənin "Fənərbaxça" futbol klubu yarımmüdafiəçi Mert Hakan Yandaşın səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


Manset.az xəbər verir ki, klubdan verilən rəsmi açıqlamada futbolçunun ayağının amputasiya ediləcəyi ilə bağlı iddiaların həqiqətə uyğun olmadığı bildirilib.

Klubun açıqlamasında qeyd olunub ki, bəzi media orqanlarında yer alan məlumatlar əsassızdır:
"Mert Hakan Yandaşın sağlamlıq vəziyyəti ilə bağlı bu gün yaydığı xəbər tamamilə yalandır. Daha əvvəl də qeyd etdiyimiz kimi, əməliyyatı uğurla həyata keçirilmiş futbolçumuz xəstəxanadan çıxmağa hazırlaşır. Bu məlumatı ictimaiyyətin diqqətinə çatdırırıq."

Qeyd edək ki, yayılan xəbərdə futbolçunun infeksiyaya yoluxduğu və bunun nəticəsində ayağının amputasiya edilə biləcəyi iddia olunmuşdu. Lakin "Fənərbaxça" rəhbərliyi bu məlumatların gerçəkliyi əks etdirmədiyini bir daha vurğulayıb.

Mert Hakan Yandaş bir müddətdir ki, zədə səbəbindən meydana çıxmır. Klub onun bərpa prosesinin uğurla davam etdiyini və yaxın zamanda xəstəxanadan evə buraxılacağını bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv