Almaniyanın Leipzig Şəhərində Keçirilən Kyokuşin Karate üzrə Dünya Çempionatında Zeynallı Solmaz Dünya üçüncüsü oldu.
Manset.az-ın məlumatına görə, Solmaz Zeynallı Vətən müharibəsi şəhidi, kapitan Tural Zeynalovun bacısıdır.
İdmançımız turnirdə üç döyüş keçirib. O, ilk qarşılaşmada Qazaxıstan, ikinci döyüşdə Polşa, üçüncü – yarımfinal mərhələsində isə İsveç təmsilçisinə qarşı mübarizə aparıb.
Qeyd edək ki, təmsilçilərimiz Səlahət Həsənov qızıl, Elmir Cəbrayılov gümüş, Solmaz Zeynallı və Kamil Məmmədov bürünc medala sahib çıxıblar.