Portuqaliya millisinin və "Əl Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo karyerasının başlanğıc nöqtəsi "Sportinq Lissabon"a qayıda bilər.
Manset.az-ın əldə etdiyi məlumata görə, 40 yaşlı futbolçu yayda peşəkar karyerasına başladığı Portuqaliya klubuna keçməyi ciddi şəkildə düşünür.
Ronaldonun "Əl Nəsr"lə müqaviləsi yaxın aylarda başa çatır. Mənbələrin dediyinə görə, o, hətta aşağı maaşa da “Sportinq”də oynamağa hazırdır. Ronaldo Lissabon klubunun akademiyasının tələbəsi olub və 1997-2003-cü illərdə onların heyətində çıxış edib.