“Sabah” Azərbaycan Basketbol Liqasının qalibi olub.
Manset.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan final seriyasının altıncı oyununda “Neftçi”yə 83:78 hesabı ilə qalib gələn “bayquşlar” qızıl medallara sahib çıxıblar.
Rimas Kurtinaytisin rəhərlik etdiyi kollektiv həlledici seriyada dördüncü qələbəni əldə etməklə çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, tərəflər arasında əvvəlki 5 görüşdə “Sabah” 3, “Neftçi” isə 2 qələbə qazanıb.