Azərbaycan I Liqasının qalibi mükafatlandırıldı - VİDEO

18:21 - 15 May 2025

Azərbaycan I Liqasının qalibi mükafatlandırıldı - VİDEO

Futbol üzrə Azərbaycan I Liqasının qalibi olan "Qəbələ" klubu mükafatlandırılıb.


Manset.az-ın məlumatına görə, tədbir XXVI turda "Zaqatala" ilə oyundan (4:0) sonra Qəbələ şəhər stadionunda gerçəkləşib.

İlk olaraq oyunçulara medallar təqdim edilib. Ardınca komandaya kubok verilib.

Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Qeyd edək ki, "Qəbələ" cari mövsümün başa çatmasına 1 tur qalmış 64 xalla turnir cədvəlinə başçılıq edir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv