Türkiyənin "Qalatasaray" klubu nigeriyalı hücumçu Viktor Osimhenin daha bir mövsüm komandada qalması üçün maraqlı plan hazırlayıb.
Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, klub rəhbərliyi futbolçuya gələcək transferindən müəyyən pay verməyi planlaşdırır.
Məlumata görə, İstanbul təmsilçisi Osimhenə gələcək transferindən əldə olunacaq gəlirin 40 faizini təklif edir. Belə ki, əgər hücumçu gələn ilin sonunda 75 milyon avrodan yüksək məbləğə satılarsa, bu fərqin 40 faizi futbolçunun özünə veriləcək.
Xatırladaq ki, mövsümün əvvəlində gözlənilmədən "Qalatasaray"a keçən Viktor Osimhen komandada mühüm rol oynayıb. Onun həm azarkeşlərin, həm də futbol ictimaiyyətinin rəğbətini qazandığı bildirilir.
Klub rəhbərliyi Osimheni komandada saxlamaq üçün bu qeyri-adi formulu tətbiq etməklə həm oyunçunu motivasiya etməyi, həm də klubun maliyyə maraqlarını qorumağı hədəfləyir.