Səudiyyə Ərəbistanı çempionatında 32-ci turun oyunları keçirilir.
Manset.az xəbər verir ki, “Əl Nəsr” öz meydanında “Əl Tavon”la qarşılaşıb.
Kriştianu Ronaldo zədə səbəbindən ardıcıl ikinci matçda komandasına kömək edə bilməyib. Ötən matçdan fərqli olaraq, portuqaliyalının yoxluğunda bu dəfə “Əl Nəsr” qələbə qazana bilməyib.
“Əl Nəsr” - “Əl Tavon” - 1:1
Qollar: Otavio, 51 (1:0), Martinez Tobinson, 70 (1:1)
Bu heç-heçədən sonra xallarının sayını 64-ə çatdıran “Əl Nəsr” dördüncü pillədə qərarlaşıb. “Əl Tavon” isə 42 xalla səkkizincidir.