Türkiyənin "Qalatasaray" klubunun 25-ci dəfə Superliqanın çempionu olması komandanın ulduz hücumçusu Viktor Osimhen tərəfindən xüsusi şəkildə qeyd olunub.
Manset.az "Haber Global"-a istinadən xəbər verir ki, mövsüm ərzində komandanın ən önəmli oyunçularından biri olan nigeriyalı forvard çempionluq sevincini Roman havası ilə bayram edib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Osimhenin "Qalatasaray" azarkeşi ilə birlikdə Roman havası oynadığı anlar böyük maraqla qarşılanıb.
Xatırladaq ki, Osimhen daha əvvəl də qələbələrdən sonra paylaşdığı videolarda bu üslubda rəqslərlə diqqət çəkmişdi.