UEFA Avropa Liqası finalında qarşılaşacaq “Tottenhem” və “Mançester Yunayted”in ümumi heyət dəyəri 1,4 milyard avronu ötür.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, UEFA Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin iki nəhəng klubu – “Tottenhem” və “Mançester Yunayted”in futbolçularının ümumi bazar dəyəri 1 milyard 469 milyon 350 min avro təşkil edir.
Almaniyanın məşhur transfer məlumatları saytı “Transfermarkt”ın son məlumatlarına əsasən, “Tottenhem”in heyətinin ümumi dəyəri 776 milyon 100 min avro, “Mançester Yunayted”in isə 693 milyon 250 min avro olaraq qiymətləndirilir.
London klubunun ən dəyərli futbolçusu isveçli yarımmüdafiəçi Dejan Kulusevski olub. Onun bazar dəyəri 60 milyon avro təşkil edir. “Mançester Yunayted”də isə ən yüksək qiymətləndirilən oyunçular Kobbi Meynu, Bruno Fernandes və Leni Yoro olub – hər biri 55 milyon avro dəyərindədir.
“Tottenhem”in bəzi aparıcı oyunçularının qiymətləri:-
Dejan Kulusevski – 60 milyon avro
-
Kristian Romero – 55 milyon
-
Micky van de Ven – 55 milyon
-
Ceyms Meddison – 50 milyon
-
Brennan Conson – 50 milyon
-
Pedro Porro, Destiny Udogie, Dominic Solanke – hər biri 45 milyon
-
Mathys Tel, Pape Matar Sarr – hər biri 40 milyon
-
Guglielmo Vicario, Archie Gray – hər biri 35 milyon
-
Rodrigo Bentancur, Heung-min Son – hər biri 30 milyon
-
Yves Bissouma – 28 milyon
-
Kevin Danso, Lucas Bergvall, Richarlison – hər biri 25 milyon
-
Kobbie Mainoo – 55 milyon avro
-
Bruno Fernandes – 55 milyon
-
Leny Yoro – 55 milyon
-
Lisandro Martinez, Alejandro Garnacho, Rasmus Hojlund – hər biri 45 milyon
-
Matthijs de Ligt, Amad Diallo – hər biri 40 milyon
-
Joshua Zirkzee, Diogo Dalot – hər biri 35 milyon
-
Andre Onana – 32 milyon
-
Noussair Mazraoui – 32 milyon
-
Manuel Ugarte – 50 milyon
-
Mason Mount – 28 milyon
-
Patrick Dorgu – 25 milyon
-
Luke Shaw – 16 milyon
-
Harry Maguire – 15 milyon
-
Casemiro – 12 milyon
-
Victor Lindelöf, Altay Bayındır – hər biri 10 milyon
UEFA Avropa Liqasının final matçı sabah keçiriləcək.