İspaniyanın “Real Madrid” klubu baş məşqçisi Karlo Ançelottinin komandadan ayrılacağını rəsmən açıqlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, La Liqada və UEFA Çempionlar Liqasında qeydə alınan uğursuz nəticələrdən sonra klubla yollarını ayıran italiyalı mütəxəssisin qərarı uzun müddətdir gözlənilirdi.
“Santyaqo Bernabeu sabah Karlo Ançelottinin “Real Madrid”in baş məşqçisi kimi son oyunu olacaq. Klub ona və ailəsinə həyatının bu yeni mərhələsində uğurlar arzulayır”, – deyə klubun rəsmi bəyanatında bildirilib.
Məlumatlara görə, Ançelottinin yerini “Bayer Leverkuzen”in çalışdırıcısı Xabi Alonso tutacaq. Eyni zamanda, italiyalı mütəxəssisin Braziliya milli komandası ilə müqavilə imzalayacağı gözlənilir.