“Liverpul”un hücumçusu Məhəmməd Salah Premyer Liqada mövsümün ən yaxşı futbolçusu seçilib.
Manset.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
2024/2025 mövsümündə 32 yaşlı futbolçu İngiltərə çempionatının 37 matçında iştirak edib, 28 qol vurub və 18 məhsuldar ötürmə edib. Salah “Liverpul”la Premyer Liqanın qalibi olub.