Norris Monako Qran-prisinin qalibi oldu

23:50 - 25 May 2025

Norris Monako Qran-prisinin qalibi oldu

Britaniyalı "McLaren" komandasının pilotu Lando Norris 2025 mövsümünün "Formula 1" avtomobil yarışları üzrə dünya çempionatının səkkizinci mərhələsi - Monako Qran-prisinin qalibi olub.


Manset az  xəbər verir ki, ikinci yerdə "Ferrari"dən monakolu Şarl Lekler finiş xəttini keçib. İlk üçlüyü "McLaren"də çıxış edən avstraliyalı Oskar Piastri tamamlayıb.

Piastri pilotların hesablamasında liderliyi davam etdirir (161 xal). Liderlərin üçlüyündə Norris (158) və niderlandlı Maks Ferstappen (136) yer alır. "McLaren" Konstruktorlar Kubokunda birinci yeri tutur (319), əsas təqibçiləri "Mercedes" (147), "Red Bull" (143) və "Ferrari"dir (142).

Növbəti mərhələ 30 may - 1 iyun tarixlərində Barselonada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv