Yeni mövsüm öncəsi heyətini gücləndirmək üçün işlərini sürətləndirən “Beşiktaş” ilk transferi üçün günləri sayır.
Manset.az Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi Slovakiyanın “Dunayska Streda” klubunda çıxış edən Mahmud Bajo ilə razılığa gəlib.
20 yaşlı qambiyalı futbolçunun transferi üçün “ağ-qaralar” qarşı tərəfə 2,7 milyon avro ödəyəcək. Klubla ödəniş planı üzərində də razılıq əldə olunub və artıq transferin son detalları müzakirə olunur.
Gənc yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanması gözlənilir. Bu mövsüm 36 matçda forma geyinən Bajo məhsuldar ötürmə və ya qol müəllifi olmasa da, davamlı çıxışı ilə məşqçilər heyətinin diqqətini çəkib.
“Beşiktaş”ın transferi yaxın günlərdə rəsmi olaraq açıqlayacağı gözlənilir.