Superliqada çempionluq sevincini yaşayan “Qalatasaray” Yenikapı Ralli Meydanında azarkeşləri ilə birlikdə böyük bayram edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, ən diqqətçəkən simalarından biri, komandanın ulduz hücumçusu Viktor Osimhen olub.
26 yaşlı nigeriyalı futbolçu gələcəyi ilə bağlı suallara cavab verərək, “Bu barədə danışmaq mənim üçün çox çətindir. Hazırda “Qalatasaray”da oynayıram və bundan zövq alıram. Görək, gələcək nə göstərəcək” sözlərini deyib.
Osimhen həmçinin Okan Buruk, yoldaşları və azarkeşlərin “Bizimlə qal!” şüarları ilə qarşılanıb. Qırmızı-sarı formanı geyinən ulduz futbolçu bu mövsüm 40 oyunda 36 qol vurub, 8 məhsuldar ötürmə ilə komandasının ən önəmli hücumçusu olduğunu sübut edib.