“Bayer Leverkuzen”dən sürpriz addım 

13:51 - 26 May 2025

“Bayer Leverkuzen”dən sürpriz addım 

Bundesliqa təmsilçisi "Bayer Leverkuzen" hollandiyalı baş məşqçi Erik ten Haqla razılaşdığını rəsmən açıqlayıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, İspaniyalı mütəxəssis Xabi Alonso ilə yollarını ayıran Leverkuzen təmsilçisi yeni baş məşqçi ilə müqavilə imzalayıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, 55 yaşlı Erik ten Haqla 2027-ci ilin 30 iyun tarixinədək müqavilə bağlanıb.

Təcrübəli məşqçi son olaraq İngiltərə Premyer Liqasında "Mançester Yunayted"ə rəhbərlik edib.

Məlumata əsasən, Erik ten Haq vəzifəsinin icrasına 1 iyul tarixindən başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv