Mourinyo Cenk Tosuna şans vermədiyinə təəssüflənir

15:10 - 27 May 2025

Mourinyo Cenk Tosuna şans vermədiyinə təəssüflənir

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo mövsüm ərzində forma şansı vermədiyi Cenk Tosunla bağlı təəssüf hissi keçirdiyini bildirib.


Manset.az-ın əldə etdiyi məlumata görə, superliqanın 37-ci turunda "Hatayspor"a 2:4 hesabı ilə uduzduqdan sonra çıxış edən məşhur portuqaliyalı mütəxəssis, mövsüm boyu bir neçə dəfə oxşar açıqlama ilə çıxış edib.

Yay transfer dönəmində "Fənərbağça"ya keçən milli hücumçu əsasən ehtiyatda qalıb. Mourinyo hücum xəttini Edin Dzeko və Youssef En-Nesyriyə etibar edib, Cenk isə yalnız Ziraat Türkiyə Kubokunda iki oyuna start heyətində başlayıb.

Qış transfer dönəmində Yaponiyaya keçidi gündəmdə olan Cenkin transferinə Mourinyo zədələri nəzərə alaraq icazə verməyib. Mövsümün sonlarına yaxın "Mançester Yunayted" və "Hatayspor" matçlarından sonra Mourinyo futbolçunu oynada bilmədiyi üçün peşman olduğunu yenidən dilə gətirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv