"Fənərbaxça"dan ayrılması gözlənilən Yusuf En-Nesirinin transferi üçün İspaniyanın "Vilyarreal" və "Real Betis" klubları yarışa qoşulub.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Mərakeş mətbuatı açıqlama yayıb.
İngiltərə və Səudiyyə Ərəbistanı komandalarının maraq göstərdiyi futbolçunun hazırda La Liqa təmsilçilərinin diqqətində olduğu vurğulanıb.
"Fənərbaxça"ya keçdiyi vaxtdan bəri "Sevilya" ilə tanınan En-Nesiri bu mövsüm statistik göstəricilər baxımından uğurlu olsa da, klub azarkeşləri arasında istədiyi rəğbəti qazana bilməyib.
Mərakeşli futbolçu üçün "Fənərbaxça"nın 30 milyon avro istədiyi qeyd edilir.