Fransa nəhəngi Paris Saint-Germain növbəti mövsüm üçün heyət planlamasına start verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, klub həm daxili, həm də Avropa turnirlərindəki uğurlarına baxmayaraq, ciddi dəyişikliklərə hazırlaşır.
"Le Parisien"in məlumatına görə, PSJ yay transfer dönəmində azı 6 futbolçu ilə yollarını ayırmağı planlaşdırır. Siyahıya Milan Şkrinyar, Randal Kolo Muani, Karlos Soler, Nordi Mukiele, Marko Asensio və Renatu Sançes daxildir.
Randal Kolo Muaninin "Qalatasaray" və "Fənərbaxça" ilə, Şkrinyarın isə İngiltərə Premyer Liqa klubları ilə adı hallanır.
Bundan əlavə, "L'Équipe" nəşri yazır ki, parislilər Qonçalo Ramos və Kanq-İn Li ilə bağlı gələn təklifləri də dəyərləndirməyə hazırdırlar.