Oyun qaydaları və onların nizamlanması üzrə fəaliyyət göstərən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) rəsmən yeni qayda qəbul edib.
Manset.az offsideplus.az-a istinadən xəbər verir ki, yenilik penalti yerinə yetirilərkən topa 2 toxunuşla bağlıdır.
Yeni qaydaya görə, əgər 11 metrlik cərimə zərbələri zamanı futbolçu topa bilməyərəkdən 2 dəfə toxunarsa və top qapıdan keçərsə, o zaman penalti yenidən yerinə yetirilməlidir.
Əgər təsadüfən 2 toxunuş zamanı top qapıdan keçməyibsə, müdafiə olunan komandanın lehinə sərbəst zərbə təyin olunacaq.
Bu qayda oyunsonrası penaltilər seriyasına da şamil ediləcək.
Yeni qayda 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, 2024/2025 mövsümündə oxşar vəziyyətə görə ən mübahisəli məqam "Atletiko" və "Real Madrid" arasında UEFA Çempionlar Liqasının 1/8 finalında baş verib. Həmin matçda penaltilər seriyası zamanı "Atletiko"nun üzvü Xulian Alvaresin ayağı təsadüfən 2 dəfə topa toxunduğunu görə hakimlər onun zərbəsini qol saymayıblar.
Bu səbəbdən "Atletiko" Çempionlar Liqasında mübarizəni dayandırıb. Əgər yeni qaydalar həmin vaxt tətbiq olunsaydı, Alvares zərbəni təkrarlamalı idi.