“Neftçi”dən ayrılan futbolçu sabiq klubuna qayıda bilər

00:30 - 04 İyun 2025

“Neftçi”dən ayrılan futbolçu sabiq klubuna qayıda bilər

"Neftçi"dən ayrılan Yuri Matias karyerasını Rumıniyada davam etdirə bilər.


Manset.az Milli.az-a istinadla xəbər verir ki, braziliyalı müdafiəçi ilə sabiq klubu ÇFR maraqlanır. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

30 yaşlı müdafiəçi 2023-cü ilin yayında məhz ÇFR-dən 400 min avro qarşılığında "Neftçi"yə transfer edilmişdi. O, "ağ-qara" formada başa çatan mövsümdə 33 oyuna çıxıb, 5 qol vurub. "Neftçi" Matiasla müddəti başa çatan müqaviləni uzatmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv