"Qalatasaray"ın Viktor Osimhenlə razılığa gəldiyi bildirilir

16:30 - 04 İyun 2025

\"Qalatasaray\"ın Viktor Osimhenlə razılığa gəldiyi bildirilir

"Qalatasaray" klubu Nigeriyalı hücumçu Viktor Osimhenlə razılığa gəlib.


Manset.az-ın əldə etdiyi məlumata görə, bir neçə gündür davam edən danışıqlar nəticəsində tərəflər arasında razılıq əldə olunub. Məlumata əsasən, 25 yaşlı futbolçu "Qalatasaray"la illik 17 milyon avro (təxminən 35 milyon manat) məvacib qarşılığında razılaşıb.

Bu barədə xəbəri kluba yaxın mənbələr təsdiqləyiblər.

Qeyd edək ki, Osimhenə dünyanın bir sıra aparıcı klublarından təkliflər olub. Onunla "Çelsi", "Liverpul", "Mançester Yunayted", "Arsenal" və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu maraqlanırdı. Məlumata görə, "Əl-Hilal" Osimhenə 3 illik müqavilə qarşılığında 140 milyon avro təklif edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv