"Brentford", "Mançester Yunayted"in Brayan Mbemo üçün verdiyi ilk transfer təklifini geri çevirib.
Manset.az xəbər verir ki, İngiltərə klubunun kamerunlu hücumçu üçün təklif etdiyi 45 milyon funt-sterlinq və əlavə 10 milyon funt bonus "Brentford"u razı salmayıb.
Buna baxmayaraq, tərəflər arasında danışıqlar davam edir. "Yunayted"in yeni təklif hazırladığı və razılığın 50-55 milyon funt-sterlinq civarında bonuslarla birlikdə baş tuta biləcəyi bildirilir. Məlumata görə, ödənişin necə həyata keçiriləcəyi danışıqlarda həlledici rol oynaya bilər.
Qeyd edək ki, Brayan Mbemo ötən mövsüm bütün turnirlərdə 42 oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.