"Çelsi" heyətinə daha bir futbolçu cəlb edib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, "Strasbur"dan (Fransa) Mamadu Sarr London təmsilçisinə keçib.
19 yaşlı müdafiəçi ilə 2033-cü ilin iyununa qədər müqavilə imzalanıb.
Fransalı futbolçu bu mövsüm "Strasbur"un heyətində 28 oyuna çıxıb.
Qeyd edək ki, "Çelsi" bu yay "Sportinq"dən Dariu Essuqu, “İpsviç”dən Liam Delapı da transfer edib.