Mourinyo "Fənərbağça"dan gedir? - İDDİA

10:47 - 10 İyun 2025

Mourinyo \"Fənərbağça\"dan gedir? - İDDİA

"Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo komandadan ayrılmağa hazırlaşır.


Manset.az xəbər verir ki, bu barədə İspaniyanın "AS" nəşri məlumat yayıb.

Məlumata görə, 62 yaşlı portuqaliyalı mütəxəssis Londonda klubun prezidenti Ali Koç ilə görüş keçirib. Tərəflər müqavilənin ləğvi ilə bağlı şərtləri müzakirə ediblər.

Mourinyo bildirib ki, o, müqaviləsi başa çatana qədər olan məbləğin – 15 milyon avronun tam şəkildə ödənəcəyi təqdirdə klubdan ayrılmağa razılıq verəcək. Məşqçi hər hansı güzəştə getmək niyyətində olmadığını da əlavə edib.

Qeyd edək ki, Joze Mourinyo 2024-cü ilin yayında "Fənərbağça"ya baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında İstanbul təmsilçisi Türkiyə Superliqasında yalnız "Qalatasaray"a uduzaraq mövsümü ikinci pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv