"Barselona" ulduz futbolçunu transfer etdi

21:36 - 10 İyun 2025

\"Barselona\" ulduz futbolçunu transfer etdi

Barselona” “Espanyol”un qapıçısı Joan Qarsiya ilə bağlı razılığa gəlib.


Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, tərəflər 5 illik müqavilə imzalamaq barədə razılıq əldə ediblər. Məlumata görə, “Barselona” futbolçunun 25 milyon avroluq sərbəst qalma məbləğini ödəyəcək.

Qeyd edək ki, Ter Stegenin “Barselona”dan ayrılacağı iddia edilir. İddialara görə, Çempionlar Liqasında “İnter”lə oyundan əvvəl Stegen zədəsini sağaltdığını oynamaq istədiyini ifadə edib. Lakin məşqçilər heyəti Voyçak Şezninin oynamasına qərar veriblər. Bundan sonra Ter Stegen komanda ilə birgə İtaliyaya yollanmayıb. Sərgilədiyi bu münasibətə görə qapıçı transferə çıxarılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv