Spaletti Ronaldonun baş məşqçisi olacaq

10:43 - 14 İyun 2025

Spaletti Ronaldonun baş məşqçisi olacaq

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu italiyalı mütəxəssis Luçano Spalettini yeni baş məşqçi etmək niyyətindədir.


Manset.az xəbər verir ki, 66 yaşlı məşqçi Stefano Piolini əvəzləyəcək namizədlər siyahısına başçılıq edir.

Tezliklə Spaletti üçün rəsmi təklifin ediləcəyi gözlənilir. Səudiyyə Ərəbistanı təmsilçisi ona vergilər xaric ildə 12 milyon avrodan yüksək maaş ödəməyə hazırdır.

Xatırladaq ki, Spaletti iyunun 8-də taliya millisindən ayrılacağını açıqlayıb.

Qeyd edək ki, "Əl-Nəsr"in kapitanı Portuqaliya millisinin üzvü Kriştiano Ronaldodur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az