"Zirə" iki futbolçusu ilə yollarını ayırıb.
Manset.az xəbər verir ki, bu barədə "Zirə" Futbol Klubu məlumat yayıb.
Bildirilir ki, Məqsəd İsayev və Pyer Zebliylə klub arasında imzalanmış müqavilə başa çatıb.
"Zirə" PFK hər iki futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.