Baş məşqçi onları toxunulmaz elan etdi - 5 futbolçu

21:41 - 14 İyun 2025

Baş məşqçi onları toxunulmaz elan etdi - 5 futbolçu

"Yuventus"un baş məşqçisi İqor Tudor Turin təmsilçisinin "toxunulmaz" olan 5 futbolçusunun adını çəkib.


Manset.az Lent.az-a istinadla xəbər verir ki, bu futbolçular arasında müdafiəçilər Federiko Qatti və Andrea Kambiaso, yarımmüdafiəçilər Manuel Lokatelli və Kefren Turam, hücumçu Kənan Yıldız da var.

"Qoca sinyora"nın maaşını artırmaq üçün Qatti ilə yeni müqavilə bağlamağı düşündüyü vurğulanır. 2029-cu ilin yayına qədər hesablanmış əvvəlki iş müqaviləsinin ötən yay bağlanmasına baxmayaraq, "Yuventus" Yıldızın müddətinin uzadılması variantını da nəzərdən keçirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az