Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Manset.az xəbər verir ki, 1/4 finalda məğlub olan Olimpiya çempionu təsəlliverici qarşılaşmada İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə qalib gəlib.
Üçüncü yer uğrunda görüşdə cənubi koreyalı Kim Seheonu ipponla üstələyən Kotsoyev mundialın bürünc mükafatına sahib çıxıb.
Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Daha Cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.