Süper Liqanın iki nəhəng komandası “Fənərbaxça” və “Qalatasaray” İngiltərə Premyer Liqa təmsilçisi “Brentford”un hücumçusu Vissa ilə yaxından maraqlanır.
Manset.az-ın məlumatına görə, 2 əzəli rəqib Vissa transferi uğrunda rəqabət aparır. “Fənərbaxça” bu futbolçunu hücum xəttində vacib namizədlərdən biri hesab edir, “Qalatasaray” isə Konqolu oyunçunu “Napoli”nin ulduzu Viktor Osimhenə alternativ kimi siyahısına əlavə edib.
Bundan əlavə, “Brentford” klubu Vissa üçün 50 milyon funt sterlinq (təxminən 113 milyon manat) məbləğində transfer haqqı tələb edir. 28 yaşlı futbolçunun “Brentford” ilə müqaviləsi gələn il başa çatır və müqavilənin uzanma imkanı var.
Vissaya yalnız Süper Liqa komandaları deyil, həmçinin İngiltərənin “Nottingham Forest”, “Tottenham” və “Arsenal” klubları da maraq göstərir.