Osimhendən ​"Qalatasaray”a böyük müjdə

21:47 - 19 İyun 2025

Osimhendən ​\"Qalatasaray”a böyük müjdə

Ötən mövsüm qolları və məhsuldar ötürmələriylə "Qalatasaray"ın çempionluğunda aparıcı rol oynayan Viktor Osimhenlə bağlı yeni iddia ortaya atılıb.


Manset.az xəbər verir ki, "Qalatasaray" futbolçunun transferi ilə bağlı danışıqları davam etdirir. Bildirilir ki, futbolçunun “Napoli” komandası ilə müqaviləsindəki 75 milyon avroluq sərbəst qalma maddəsinə dair bənd qüvvədən düşmək üzrədir. İddia edilir ki, bənd qüvvədən düşəndən sonra futbolçunun sərbəst qalma məbləği enəcək. Futbolçu hələlik transferlə bağlı qərarını verməyib. Onun “Qalatasaray”la müqavilə imzalaya biləcəyi istisna edilmir.

Qeyd edək ki, Viktor Osimhenə ən yüksək təklifi “Əl Hilal” klubu irəli sürmüşdü. “Əl Hilal” “Napoli”yə 70+5 milyon avro, Viktor Osimhenə isə illik 45 milyon avro təklif etmişdi. İddialara görə, futbolçu təklifi rədd edib. Osimhenin yaxın dostu açıqlamasında məsələnin pulla bağlı olmadığını, Osimhenin karyerasını Avropada davam etdirmək istədiyini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az